İsrail Qəzzədəki fələstinliləri başqa ölkələrə köçürür? - İDDİA


İsrail hakimiyyətinin ötən ildən başlayaraq fələstinliləri başqa ölkələrə köçürmək üçün plan tərtib etdiyi iddia edilib.
Yeniavaz.com İsrailin "Yedioth Ahronoth" qəzetinə istinadla xəbər verir ki, bu iddianı İsrail hökumətindən  adının açıqlanmasını istəməyən bir nəfər mətbuat orqanına verdiyi açıqlamada səsləndirib. O bildirib ki, İsrail hökuməti Qəzzədəki fələstinliləri başqa ölkələrə köçməyə təşviq edir.
Bu məsələnin bir il əvvəl İsrailin nazirlər kabinetində ələ alındığını bildirən həmin şəxs, sırf bu iş üçün İsrailin cənubundakı Nəcəf şəhərində, Qəzzədən köçmək istəyənlər üçün hava limanı tikintisinin planlaşdırıldığını iddia dib.
O qeyd edib ki, İsrail Yaxın Şərqdə bir çox ölkəyə müraciət edərək fələstinlilərə qapılarını açmalarını istəyib amma hələ ki, buna heç bir ölkə reaksiya verməyib.
Mətbuat orqanının verdiyi xəbərdə, sadəcə ötən il 35 min fələstinlinin Qəzzədən köçdüyü iddia edilir.

DİGƏR XƏBƏRLƏR

Top