Qrenlandiyanı satın ala bilməyən Tramp adanı məsxərəyə qoydu - FOTO


ABŞ prezidenti Donald Tramp zarafatla Danimarka Krallığının bir hissəsi olan və geniş muxtariyyətə sahib olan Qrenlandiyada göydələn inşa etməyəcəyinə söz verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Amerika lideri müvafiq mesajı "Twitter" hesabında yayımlayıb. D.Tramp, fotoşopla hazırlanmış 64 mərtəbəli "Trump International Hotel"ni Qrenlandiyada təsvir edib.
"Mən bunu Qrenlandiyada inşa etməyəcəyimə söz verirəm!", – deyə, dövlət başçısı qeyd edib.
Bildirilir ki, fotoda otelin xarici tərəfi 24 karat qızılla örtülüb. 
Qeyd edək ki, D.Tramp ötən gün Qrenlandiyanı satın almaq istədiyini bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top