Bakıda avtoxuliqanlıq edən "Niva"nın sürücüsü qəza törədib və qaçıb - FOTO


Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb. 

Yasamal rayon Dövlət Yol Polis Şöbəsindən verilən məlumata görə, "NİVA" markalı avtomobil rayon ərazisində avtoxuliqanlıq edib. 

Daha sonra o, yüksək sürətlə Nəriman Nərimanov heykəlinin yaxınlığında dönmə əməliyyatı edərkən idarəetməni itirib. Nəticə “NİVA” dairədə hərəkətdə olan Təbriz Məhərrəmova məxsus "Mercedes" markalı avtomobilə dəyib. Zərbənin gücündən "Mercedes" dairənin beton piltələrinə çırpılıb.

Qəza zamanı "Mercedes"də olan sərnişin xəsarət alıb. "NİVA"nın adı hələlik müəyyən edilməyən sürücüsü hadisə yerindən yayınıb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub.//APA

DİGƏR XƏBƏRLƏR

Top