Əl yükündə ölkəyə 74 500 ədəd aksiz markası keçirərkən tutuldu - FOTO


Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilib.

Yeniavaz.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sorğu-sual zamanı həmin şəxs ona məxsus əl yüklərində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin rentgen aparatından keçirilən əl yüklərində şübhəli cizgilər müəyyən olunub.

Əl yükündə aparılan yoxlama zamanı gömrük orqanlarına bəyan olunmayan 74 500 ədəd aksiz markası aşkarlanıb.
.

DİGƏR XƏBƏRLƏR

Top