Masallıda 11 gün əvvəl toyu olan şəxs çayda boğulub - FOTO


Masallı rayonunda istirahət mərkəzində bədbəxt hadisə baş verib.

Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, hadisə "İstisu" istirahət mərkəzində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonunun Bədirli kənd sakini, 1996-cı il təvəllüdlü Zamin Seyfulla oğlu Baxışov Viləş çayının istirahət mərkəzinin ərazisindən keçən hissəsində çimərkən dünyasını dəyişib.

İlkin ehtimala görə, o, ürəktutmasından vəfat edib.

Mərhumun avqustun 7-də toyu olub. O, istirahət mərkəzinə ailəsi ilə birlikdə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top