Türkiyədə nazir müavini öldü - FOTO


Türkiyə Mədəniyyət nazirinin müavini professor Haluk Dursun yol qəzasında ölüb.

Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, H. Dursun Van əyalətinin Erciş rayonunda baş verən yol qəzasında dünyasını dəyişib.
Məlumatda bildirilir ki, nazir müavini Haluk Dursun və 3 nəfərin də olduğu  27 AAL 348 dövlət qeydiyyat nömrəli avtomobil idarəetməni itirərək aşıb. Avtomobildə nazir müavinindən başqa olan digər 3 nəfər ağır yaralanıb.
Qeyd edək ki. Ahmet Haluk Dursun Malazgird qələbəsinin 948-ci ildönümü münasibətilə Türkiyə Yazıçılar Birliyinin Malazgirddə təşkil etdiyi tədbirdən qayıdırmış.

DİGƏR XƏBƏRLƏR

Top