5 il ərzində donuzların ürəyini insanlara köçürmək mümkün olacaq - MƏŞHUR KARDİOLOQ


İngiltərədə 40 il əvvəl ilk uğurlu ürək əməliyyatını həyata keçirən kardioloq Tirens İnqliş 5 il müüdətində donuzlardan insanlara ürək köçürüləbiləcəyini iddia edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 87 yaşlı İnqliş, İngiltərədə yayımlanan qəzetlərdən birinə verdiyi müsahibədə, əvvəllər onunla birgə işləmiş həkimlərdən birinin bu il ərzində donuzdan insana orqan köçürülməsini sınaqdan çıxaracağını bildirib.
O qeyd edib ki, əgər ksenotransplantasiya (bir heyvan növündən insana orqan (toxuma) köçürülməsi) uğurlu alınarsa, 5 il müddətində ürəyin də köçürülməsi mümkün olacaq: "Əgər böyrəklə alınsa, ürəklə də alınacaq. Bu hər şeyi dəyişdirə bilər".
Qeyd edək ki, donuz ürəyinin anatomiyası və fiziologiyasına çox yaxındır və yeni müalicə üsullarının inkişafı zamanı donuz ürəkləri təcrübi vasitə kimi istifadə olunur.

DİGƏR XƏBƏRLƏR

Top