Baş nazirin xanımı təyyarədə qalmaqal yaratdı


İsrailin baş naziri Binyamin Netanyahunun xanımı Sara Netanyahu Kiyevə gedən təyyarədə qalmaqal yaradıb.
Yeniavaz.com Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb pilotun onu səsucaldıcı ilə salamlamaması olub. Bildirilir ki, baş nazirin həyat yoldaşı qəzəblənərək ayağa qalxıb və pilotun kabinetə girməsini tələb edib. Aradakı münaqişəni isə təhlükəsizlik xidməti nəzarətə götürüb. Bir müddət sonra isə ekipaj komandiri Sara Netanyahunu səsucaldıcı ilə salamlayıb.
Məsələni Baş nazirin ofisi anlaşılmazlıq kimi qiymətləndirib.
Qeyd edək ki, Binyamin Netanyahu 18-20 avqust tarixlərində Ukraynada səfərdə olacaq və Ukrayna prezidenti Vladimir Zelenskiylə görüşəcək.

DİGƏR XƏBƏRLƏR

Top