Məhkəmə Atambayevin tutulması ilə bağlı şikayətə baxılmasını təxirə saldı


Məhkəmə Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin tutulması ilə bağlı şikayətə baxılmasını avqustun 20-nə təxirə salınması qərarını verib.
Yeniavaz.com “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə məhkəmənin reyestrində məlumat verilib.
Bildirilir ki, təxirə salmaya səbəb məhkəmə müstəntiqinin məşğul olmasıdır. Keçmiş dövlət başçısının vəkili Sergey Slesarevin sözlərinə görə, Atambaev-in saxlanması qanunsuzdur, çünki qanuna uyğun olaraq respublikanın keçmiş rəhbərləri toxunulmazlığa malikdir. Vəkilin fikrincə, Atambayevin toxunulmazlığının və eks-prezident statusundan məhrum edilməsinə dair parlamentin iyunun sonunda qəbul etdiyi qətnamə konstitusiyaya ziddir.

DİGƏR XƏBƏRLƏR

Top