Müğənni Mətanət Əsədova falçı ilə görüntülərindən danışdı - VİDEO


"O videoda nə var?! Yaxşı edib oxumuşam, mənim işim oxumaqdır. Ev yıxmıram, cadu etmirəm". Bu sözlər baxıcı Molla Məmmədsəfa ilə görüntüləri yayılan Mətanət Əsədovaya məxsusdur.


Yeniavaz.com xəbər verir ki, müğənni BAKU.WS-ə açıqlamasında, sözügedən videonun yayılmasından qətiyyən narahat olmadığını bildirdi: 

"Hə, nə olsun ki, görüntülər yayılıb? O kişinin yanına müalicə üçün getmişəm. Allah köməyi olsun, müalicəsinin xeyirini görmüşəm, qabağında oxudum. Kim nə istəyir yazsın, kim nə istəyir desin. Vəssalam!"

***12:30

Müğənni Mətanət Əsədova cənub bölgəsində baxıcı kimi məşhur olan Molla Məmmədsəfanın qəbuluna gedib.

Yeniavaz.com Baku.ws-ə istinadən xəbər verir ki, görüntülərdə Məmmədsəfa döşəyin üstündə yayxanmış vəziyyətdə, Əsədovanın isə onun ayaqları altında bardaş qurduğu görünür.

Qeyd edək ki, Azərbaycan şou biznesinin məşhur müğənniləri Məmmədsəfanın daimi müştəriləridir.

DİGƏR XƏBƏRLƏR

Top