Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTOLAR

Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.

Bu barədə Yeniavaz.com-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Hazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədi ilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.

Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.


DİGƏR XƏBƏRLƏR

Top