Rusiyanın Ulyanovsk bölgəsində dəhşətli qətl hadisəsi baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyada 16 yaşlı şəxs öz anasını, 2 qardaşını, nənə və babasını balta ilə qətlə yetirib. Qatil daha sonra intihar edib. Hadisəni araşdıran polis Timur adlı qatilin telefonundan ailəsi ilə problemlər yaşadığını öyrənib. Ancaq gəncin bu cür dəhşətli qətl törətməsinə əsas səbəb hələlik bilinmir. Araşdırmaçılar Timurun psixoloji problemlərinin ola biləcəyini söyləyiblər.