Quba və Şabranda meşə yanır - YENİLƏNİB

Yeniavaz.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova "Report"a məlumatlandıraraq yanğının meşə fondu ərazisində olmadığını, Quba və Şabran rayonları arasındakı bələdiyyə fonduna aid torpaqlarda müşahidə olunduğunu bildirib:

"Lakin buna baxmayaraq, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının bütün əməkdaşları ərazidədir və yanğının söndürülməsi üçün səfərbər olunub".

***       11:34
Şabran və Quba rayonlarının ərazisində meşə zolağında güclü yanğın başlayıb.

Yeniavaz.com "oxu.az"a istinadla xəbər verir ki, hazırda Şabranın Aygünlü kəndi və Qubanın Zərqova kəndlərində meşəlik ərazidə yanğın davam edir.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin regional bölməsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvə cəlb edilib.

DİGƏR XƏBƏRLƏR

Top