Həyat yoldaşı ilə mübahisə edən adam özünü körpüdən belə atdı - ANBAAN VİDEO


Türkiyədə 35 yaşlı gənc həyat yoldaşı ilə münasibətinin pisləşməsi səbəbilə intihara cəhd edib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Zonquldak bölgəsində bir gənc həyat yoldaşı ilə mübahisə etdiyi üçün körpünün üzərinə çıxaraq özünü atacağını deyib. Bunu görən vətəndaşlar təcili polisə müraciət edib. Hadisə yerinə gələn təcili yardım və polis əməkdaşları gənci intihar etməməsi üçün razı salmağa çalışıblar. Ancaq gənc heç kəsi dinləmədən özünü körpüdən çaya atıb. Təcili xilas edilən şəxs xəstəxanaya çatdırılıb, vəziyyətinin yaxşı olduğu bildirilir. 

DİGƏR XƏBƏRLƏR

Top