
1964-cü ildə çəkilən "James Bond" filmi üçün hazırlanan Aston Martin avtomobili 6,4 milyon dollara satılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, 1963-cü il istehsalı olan avtomobilin banı güllə keçirməyən metalla təchiz edilib. Həmçinin Aston Martin fırlanaraq dəyişilən nömrə yerinə, katapilot və duman yayma mexanizmasına sahibdir. Avtomobil hazırda ən bahalı Aston Martin DB5 olaraq bilinir.
Qeyd edək ki, bəhs edilən avtomobil bir vaxtlar ingilis milyarder Lord Bamford tərəfindən satın alınmışdı.
