Bakı-Qazax yolunda avtomobil yanıb - VİDEO

Bakı-Qazax avtomobil yolunda yük maşını yanıb.
Hadisə magistral yolun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1988-ci il təvəllüdlü Vüsal Həşimovun idarə etdiyi "MAZ" markalı ot daşıyan yük maşını hərəkətdə olan zaman alışıb. Sürücü hadisə zamanı xəsarət almasa da yük maşını yük yerində olan otla bərabər yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb.

report

DİGƏR XƏBƏRLƏR

Top