Azərbaycanda canlı yayımda səsləndirdiyi sözə görə tanınmış şərhçi efirdən uzaqlaşdırıldı - FOTO

"İdman Azərbaycan" telekanalının tanınmış şərhçilərindən olan İsmayıl Abdullayev bir ay müddətinə matçları şərh etməkdən uzaqlaşdırılıb.

Bu barədə şərhçinin özü məlumat verib: "Gözünüz aydın!!! ..."həmkarcıq"ların yazılarına görə, bir ay müddətində şərhlərdə olmayacağam. Bilmirəm qayıdacağam, ya yox. Onu bilirəm ki, hər keçən gün keçmişlərindən tutmuş, gələcəklərinə kimi yad edəcəyəm. Yəni indidən boyunlarına əncam çəksinlər".

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk turunun mərkəzi qarşılaşması olan "Mançester Yunayted" – "Çelsi" (4:0) oynu zamanı şərhçilər Tərlan Şahinoğlu ilə İsmayıl Abdullayev arasında dialoq yaşanıb. Şahinoğlu "Çelsi"nin qaradərili futbolçusu Nqolo Kanteni nəzərdə tutaraq, "Kante geriyə qayıtdı, özünü oda atdı, amma yanmadı" deyib. İsmayıl Abdullayev isə cavabında "Yansaydı da, rəngində bir fərq olmayacaqdı" söyləyib.


(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top