Azərbaycanda tanınmış şair vəfat edib - FOTO


Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Oktay Rza vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu gün 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Rzalı Məhəmməd oğlu 1934-cü ildə Salyan rayonunda doğulub. Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, Pedaqoji Universitetin dosenti Oktay Rza, 1981-ci ildən AYB-nin üzvü olub. Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası alıb (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olub (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alıb. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirib (1980). N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969) işləyib. Bakı Sovetinin deputatı seçilib (1959-1960).

"Bir may" adlı ilk şerini yeddiillik məktəbdə oxuyarkən yazıb "Sosializm yolu" rayon qəzetində dərc etdirmişdir. Həmin vaxtdan poetik yaradıcılıqla müntəzəm məşğul olur, bədii tərcümələr də edir. Dünya xalqlarının ədəbiyyatından tərcümələri dövri mətbuatda müntəzəm çap olunur.

Əsərləri xarici mətbuatda dərc edilmişdir. "Kamennıy Svetilnik" şerlər toplusu 1987-ci ildə Moskvada kütləvi tirajla buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top