Evi yandıraraq oğlunun ölümünə, arvadıyla qayınanasının yaralanmasına səbəb olan ata saxlanıldı


Şəmkirin Sarıtəpə kəndində qayınanasının evini yandıran və bununla da 2 yaşlı uşağının ölümünə, eks-arvadıyla qayınanasının yaralanmasına səbəb olan Sadıqov Elmar Sultan oğlu polis tərəfindən saxlanılıb.
Rayonun Dəllər Cəyir kənd sakini olan 1986-cı il təvəllüdlü Sadıqov Elmar törətdiyi əməli etiraf edib.
Qeyd edək ki, Sadıqov Elmar həyat yoldaşı Məsimova Mətanətdən 3 ay əvvəl boşanıb. Bundan sonra qadın anasının evində yaşayıb. Gecə saat 3 radələrində isə Elmar keçmiş qayınanası Məmmədova Səltənətin evinə gələrək oranı yandırıb. Hadisə nəticəsində 2 yaşlı Məmmədov Nicat Elmar oğlu ölüb. Qadınlar isə yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top