Masazırda 13 yaşlı oğlanı maşın vurub, sürücü qaçıb

Abşeron rayonunun Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəsəbə ərazisində piyadalar üçün nəzərdə tutulmuş zolaqdan keçmək istəyən 10-13 yaşlı oğlanı avtomobil vurub.

Sürücü maşınla ərazidən uzaqlaşıb. Lakin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin avtomobili onu təqib edərək yaxalayıb. Qəzada xəsarət alan azyaşlı ətrafdakıların köməkliyi ilə yaxınlıqdakı xəstəxanaya aparılıb.//Report

DİGƏR XƏBƏRLƏR

Top