Azərbaycanda iynəyə qurşanan narkoman qadınların şok STATİSTİKASI


Azərbaycanda inyeksion narkotik istifadəçilərinin 501 nəfəri qadındır.

Yeniavaz.com xəəbər verir ki, bu barədə məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hesabatında öz əksini tapıb.

Məlumatda qeyd edilib ki, ölkəmizdə inyeksion narkotik istifadəçilərinin ümumi sayı 21872 nəfər təşkil edir. Ümumiyyətlə, istifadəçilər arasında 626-sı qadındır. Hesabatdan da görünür ki, Azərbaycanda rəsmi qeydiyyata alınan narkoman qadınların sayı artır. 2013-cü ildə ölkədəki bütün narkotik istifadəçilərinin 539-u, 2014-cü ildə 554-ü, 2015-ci ildə 592-si, 2016-cı ildə 612-si, 2017-ci ildə isə 595-i qadın olub. 2018-ci ildə isə narkotik aludəçisi olan qadınların sayı artaraq 626 nəfərə çatıb. 2018-ci ildə yeni qeydiyyata alınan 1995 narkomanın 35-i, 2017-ci ildə 26-sı, 2016-cı ildə 29-u qadın olub.


 

DİGƏR XƏBƏRLƏR

Top