
50 metrlik uçurumdan yıxılan gənc qız sağ qaldı.
Yeniavaz.com xəbər verir ki, hadisə Yakutiyanın Neryunqri rayonunda baş verib.
Məlumata görə, 50 metrlik uçurumdan yıxılan gənc qız sağ qalıb.
Bildirilir ki, gənc cütlük bölgənin məşhur "Sevgi qayası" adlı yüksəkliyinə çıxıblar. Bu zaman isə qızın ayağı büdrəyərək yıxılıb. O, iki saatdan sonra xilas edilib. Xəstəxanaya çatdırılan qızın vəziyyətini həkimlər orta-ağır qiymətləndiriblər.