Zaxarova: Boş vaxtımda ABŞ-ın nələri oğurladığını sayacam


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-ın Milli Təhlükəsizlik Məsələləri üzrə Məsləhətçisi Con Boltonun, Rusiyanın ABŞ-a aid hərbi texnologiyanı oğurlaması iddiasına cavab verib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Zaxarova bununla bağlı öz feyzbuk hesabında yazıb: "ABŞ-ın dünyanın fərqli ölkələrindən nə qədər və hansı texnologiyaları oğurladığını saymaq maraqlı olardı. Boş vaxtımda bunu edəcəm".
O həmçinin ABŞ-ın indiyə kimi müsadirə etdiyi Rusiya mülklərini sayıb: "Hazır Bolton oğurluqdan dbəhs etmişkən rəsmi Vaşinqtonun San-Fransiskodakı Rusiya Başkonsulluğuna aid binaları və başofisi, Sietl Başkonsulluğunun ofisini, Merilənd və Nyu-Yorkdakı iki ədəd Rusiyanın diplomatik binasını oğurladığını vurğulamaq istəyirəm. Daha vacibi isə digər ölkələrdən Rusiya vətəndaşlarını oğurladığını. Yoxsa bunları oğurluqdan saymırsınız? Onda geri verin".
Qeyd edək ki, C. Bolton Rusiyanı hipersonik və kruz raketlərinin təkmilləşdirilməsində ABŞ texnologiyasını oğurlamaqda ittiham etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top