Qubada toy karvanında qəza


Quba rayonunda toy karvanında qəza baş verib.

Yeniavaz.com  "Report"a istinadən bildirir ki, hadisə Quba Olimpiya İdman Kompleksinin yaxınlığında qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı iki avtomobil toqquşub. Nəticədə sürücülərdən birinin həyat yoldaşı xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top