
FHN-in Mətbuat xidmətindən bildirilib ki, yanğından mühafizə bölmələri tərəfindən söndürülən avtomobil yararsız vəziyyətə düşüb.
***14:40
Bakıda avtomobil yanır.
Yeniavaz.com xəbər verir ki, “Buta Palace”in qarşısında “Hyundai” markalı avtomobil alışıb. Hadisə şahidlərinin verdiyi məlumata görə avtomobil bilinməyən səbəbdən yanmağa başlayıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyi də məlumat yayıb. Bildirilir ki, bir qədər əvvəl Heydər Əliyev prospekti-Hava limanı avtomagistralında yol-nəqliyyat hadisəsi baş verib. Yolda nəqliyyat vasitəsi yanır. Bu səbəbdən hazırda qeyd edilən yolda (şəhər istiqamətində) sıxlıq müşahidə olunur.
Hadisənin videosunu təqdim edirik: