Övladının ölümünə inanmayan ana ürəkləri dağladı - VİDEO


Türkiyədə 18 yaşlı gənc ailəvi istirahət vaxtı göldə boğularaq vəfat edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 6 il əvvəl Suriyadan gələn ailənin 18 yaşlı övladı Merri Adanada göldə boğulub. Gəncin bədəni göldən çıxarıldıqdan sonra tibb işçiləri tərəfindən müdaxilə edilməsinə baxmayaraq həyata qaytarılması mümkün olmayıb. Bu anları görən gəncin anası övladına yaxınlaşaraq qəlb masajı etməyə başlayıb. Oğlunun ölümünə inana bilməyən ananın cəhdləri izləyənləri kövrəldib.
Həmin görüntüləri təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top