Türkiyəni qarışdıracaq İDDİA: Davudoğlu ilə Soylu görüşüb?


Son vaxtlar yeni partiya quracağı ilə gündəmə gələn Əhməd Davudoğlunun Süleyman Soylu ilə eyni oteldə görülməsi yeni iddiaların ortaya çıxmasına səbəb olub.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Naziri Süleyman Soylunun keçmiş baş nazir Əhməd Davudoğlu ilə görüşdüyü iddia edilib. AKP-nin quruluş ildönümü səbəbilə hazırlanan videoda Soylunun görüntülərinin olmaması da bəhs edilən iddianı daha da gücləndirib.  Sərt sözləri və AKP-yə bağlılığı ilə bilinən Soyludan hələlik mövzu ilə bağlı açıqlama gəlməyib.

DİGƏR XƏBƏRLƏR

Top