Rusiyada daha bir təyyarə təcili eniş etdi


Xabarovski Hava Yollarının "L-410" sərnişin təyyarəsi təcili eniş edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğu jurnalistlərə açıqlamasında bildirib.

"Xabarovski Hava Yollarına məxsus "L-410" sərnişin təyyarəsi Xabarovski Hava Limanına təcili eniş edib. Xabarovski-Nikolaevski-Ayan xətti üzrə uçuş edən təyyarə texniki səbəblərə görə 1 sonra hava limanına eniş edib" – deyə bildirilib.

Bildirilir ki, təyyarədə iki ekipaj üzvü olmaqla ümumilikdə 15 nəfər olub. İlkin məlumatlara görə xəsarət alan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top