Cəbəllütariq hakimiyyətinin bəraət verdiyi İran tankerini ABŞ həbs etdi


ABŞ Cəbəllütariq hakimiyyətinin əvvəlcə saxlayıb sonra buraxdığı İrana məxsus "Grace 1" adlı gəmi haqqında "həbs" qərarı çıxardı.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi buna səbəb kimi gəminin bəzi terror qruplaşmalarının məqsədlərinə xidmət etdiyini iddia edib.
Bildirilib ki, tanker ABŞ-ın terror təşkilatı kimi qəbul etdiyi İran İnqilab Keşikçilərinə köməklik göstərir və qeyri-qanuni şəkildə Suriyaya yanacaq satmağa çalışır.
İlk dəfə Cəbəllütariq hakimiyyəti tərəfindən Suriyaya yanacaq daşıdığı üçün həbs edilən tanker dünən bəraət almışdı. Gəminin bazar günü İrana yola çıxması planlaşdırılsa da, ABŞ hökuməti son anda Cəbəllütariq hakimiyyətindən tankeri yenidən həbs etməyi tələb etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top