Əlinə nə düşdü oğurlayan Gəncə sakini tutuldu


Yanvar-iyul ayları ərzində Gəncə şəhəri ərazisində bir-neçə oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini R.İbişov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yanvar-iyul ayları ərzində Gəncə şəhəri ərazisində 2 evdən 80 manat pul və spirtli içki, habelə 1 yardımçı təsərrüfatdan 2 ev quşu, 1 evin həyətindən elektrik naqili oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş R.İbişov saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top