56 yaşlı kişi sirkə turşusu içib intihar etdi

Masallının 56 yaşlı sakini sirkə turşusu içərək özünü öldürüb.

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, Masallı şəhərində yaşayan Əliyev Mübariz Zülfüqar oğlu evində sirkə turşusu içərək həyatına son qoymaq istəyib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 56 yaşlı kişi 3-4 saatdan sonra reanimasiya şöbəsində dünyasını dəyişib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top