Rusiya və İran hərbi gəmiləri Bakı limanını tərk edib - FOTOLAR

Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri və İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri avqustun 16-da Bakı limanını tərk edib.

Müdafiə Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, həmin gəmilər “Dəniz kuboku - 2019” beynəlxalq müsabiqəsində iştirak etmək üçün Azərbaycana gəlmişdi. 

DİGƏR XƏBƏRLƏR

Top