İran: ABŞ və İngiltərəyə tarixi dərs verdik


İran Dəniz Donanmasının ikinci komandiri Əli Fədəvi, İranın ABŞ-a aid PUA-nı (Pilotsuz Uçan Aparat) vuraraq və İngiltərə tankerini saxlayaraq hər iki ölkəyə tarixi dərs verdiklərini bildirib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, o, Fars xəbər agentliyinə belə açıqlama verib: "Heç kim İranın belə bir addım atacaq gücdə olacağını təxmin etmirdi. Ancaq İran düşmənə silahlı qüvvələrimizin hazırlıq səviyyəsini ölçməməsi üçün tarixi bir dərs verdi. Düşmənlər onsuz da İranın müdafiə sisteminə bələddirlər və uzun müdətdir ki onlar da bu səviyyəyə çatmaq istəyirlər".

DİGƏR XƏBƏRLƏR

Top