Cinayət aləmində “Muxa Lubertski” ləqəbi ilə tanınan 59 yaşlı Oleq Muhammetşin qazandığı tituldan imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “primecrime.ru” məlumat yayıb.
Məlumata görə, avtoritet bununla bağlı Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin rəhbərinə müraciət edib. Polislər O.Muhammetşindən niyə belə addım atdığını soruşduqda, o, “özümü belə hesab etmirəm” cavabını verib.
Qeyd edək ki, rusiyalı avtoritet 2008-ci ildə həbsdə olarkən cinayət aləmində nüfuz sahibi olan "Ded Xasan" klanına daxil olub. O, əvvəllər sənədlərin saxtalaşdırılması, soyğunçuluq, qanunsuz silah saxlama və həbsdən qaçmaqda ittiham olunub.