Pakistanda cümə namazında partlayış: 4 ölü, 15 yaralı


Pakistanda məsciddə baş vermiş partlayış zamanı ən az 4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, əldə düzəldilmiş bombanın cümə namazından əvvəl məscidin minbərinin altına yerləşdirildiyi bildirilib.
Partlayış Kvetta şəhərindəki məscidlərdən birində cümə namazı zamanı baş verib. Təhlükəsizlik orqanları hadisə yerinə cəlb olunub və ərazi polis nəzarətinə götürülüb.

DİGƏR XƏBƏRLƏR

Top