Təyyarədə bu əşyanın istifadəsi qadağan edildi


ABŞ-ın Federal Hava Administirasiyası təyyarəyə minən sərnişinlər üçün notbuk qadağası tətbiq edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, qurum “Apple”in istehsal etdiyi bəzi “MacBook Pro” notbukların təyyarədə istifadəsinə qadağa qoyub. Bildirilir ki, buna səbəb şirkətin bəzi modellərinin batareyalarının tez bir zamanda isinməsidir. Bu da, təyyarədə yanğın təhlükəsi yaradır.
Qeyd edək ki, “Apple” şirkəti batareyaların tez isinməsi səbəbiylə bəzi “MacBook Pro” modellərini geri çağırmışdı.

DİGƏR XƏBƏRLƏR

Top