Balıq yağı necə istifadə edilməlidir? – YANLIŞ BİLDİKLƏRİMİZ


Təbii üsulla yaddaş gücləndirici, göz zəifliyinin aradan qaldırılması dedikdə sözsüz ki, hər kəsin ağlına balıq yağı gəlir. Son dövrlərdə televiziya ekranlarında da reklamlarına tez-tez rast gəldiyimiz, istifadəsinin artdığı Omeqa-3 digər yağlarla qarışdırılmamalı və bir çox minerallarla zəngin olan yağdır. Balıq yağının tərkibində EPA və DHA adı verilən Omeqa-3 yağ turşuları var. İstifadəsinin artması ilə bərabər bu yağdan düzgün istifadə etməyənlərin də sayı az deyil.
Yeniavaz.com balıq yağı haqqında doğru bilinən yanlışları təqdim edir:
Balıq yağı istifadəsi ilə deyilən səhv fikirlərdən başlıcası yay aylarında istehlak edilə bilməməsidir. Ancaq istənilən yaş qrupunda olan kəslər Omeqa-3-dən istifadə edə bilərlər. Tərkibində A vitamini olmayan, istifadəsi asan  və çeynənilən olan balıq yağının qəbulu yay-qış aylarında olmalıdır. Ən çox doğru bilinən yanlışlardan biri də “balıq yağı çəki artırır mi?” sualıdır. Mütəxəssislər Omeqa-3-ün çəki artırmadığını hətta çəkini normada saxladığını deyir. Dietoloqlar isə bir çox pəhrizlərdə balıq yağı istifadəsini məsləhət görürlər.
Balıq istehlakı hər mövsümdə orqanizm üçün lazım olan protein və yağ turşularını təmin edir. Ancaq balıq istehlak edərək orqanizm üçün lazım olan Omeqa-3 yağ turşularını əldə etməyə bilərsiniz. Buna görə də mütəxəssislər balıq yağı istehlakının daha faydalı olduğunu bildirirlər. Bundan əlavə normadan artıq Omeqa-3 qəbulu orqanizm üçün təhlükəlidir. Avropa Qida Təhlükəsizlik Agentliyi uşaqlarda və gənclərdə gündəlik 250 mlq Omeqa-3 qəbulunu məsləhət görür.
Qeyd edətmək lazımdır ki, aldığınız balıq yağlarına diqqət etməlisiniz. Çünki, hər balıqda Omeqa-3 tapılmır. Bazarda isə hal-hazırda müxtəlif firmaların təqdim etdiyi məhsullar var. Qızıl balıq, uskumru, siyənək balığı, sardina, alabalıq omeqa 3 ehtiva edən balıqlardır

Digər faydaları:
Omeqa 3 xərçəngə qarşı da qoruyucu və önləyici xüsusiyyətlərə malikdir. Balıq yağı revmatizmada olan oynaq şişliyi və ağrıları da yüngülləşdirir. Yaddaşı gücləndirməklə yanaşı, aldzgeymer xəstəliyinə də müsbət təsir göstərir.

Haşiyə: Hamilə xanımlar mütləq həkim məsləhəti ilə istifadə etməlidir. Eyni zamanda balığın qaraciyərindən çıxarılmış olan balıq yağlarını hamilələr istifadə etməməlidir. Çünki, bu balıq yağı növünün tərkibində yüksək miqdarda A vitamini var və yüksək dozalarda A vitaminin qəbulu ana bətnindəki körpəyə zərər verə bilir.

DİGƏR XƏBƏRLƏR

Top