Türkiyəli deputat Ərdoğanın istintaqa cəlb edilməsini tələb etdi - SƏBƏB


Türkiyəli millət vəkili İstanbul-İzmir yolunu 2 saata keçdiyi üçün türkiyəli sənətçi Demet Akalını istintaqa cəlb edilməsini tələb edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, millət vəkili Mahmut Tanal, ötən gün sosial şəbəkədə "İstanbul-İzmir yolunu 2 saata keçdik" deyərək paylaşım edən D.Akalının istintaqa cəlb edilməsini tələb edib. 
O, sənətçinin sürət həddini aşdığını iddia edib. Maraqlı məqam isə M.Tanal müğənni ilə yanaşı ona telefon zəngi edib təşəkkür edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da istintaqa cəlb edilməsini tələb edib. Onun sözlərinə görə, cinayətkarı təriflədiyinə görə ölkə başçısı da istintaqa cəlb edilməlidir.
Sosial media hesabında paylaşım edən millətvəkili bildirib:
1. Qanunları pozduğuna görə Demet Akalın istintaqa cəlb edilməlidir.
2. Cinayətkarı təriflədiyinə görə ölkə başçısı üzr istəməlidir.
Qeyd edək ki, D.Akalın ötən gün İstanbul-İzmir yolunu 2 saata keçdiyini yazmışdı və buna görə ölkə başçısına yeni yol üçün təşəkkür etmişdi. Bundan sonra isə Prezident R.T.Ərdoğan sənətçiyə zəng edərək ona təşəkkür etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top