Prezident ölkənin paytaxtını dəyişmək niyyətindədir


İndoneziya prezidenti Joko Vidodo ölkənin paytaxtını dəyişmək niyyətindədir.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısı paytaxtı Cakartadan Kalimantana köçürtmək istəyir. 
“Reuters”ün xəbərinə görə, J.Vidodo bu təklifi ölkənin müstəqilliyinin 74-cü ildönümü öncəsi Parlamentdəki çıxışı zamanı edib.
"İkinci prezidentlik dövrümün münasibətilə, milli paytaxtımızı Kalimantana köçürtməyiniz üçün icazə istəyirəm”, – deyə ölkə başçısı çıxışı zamanı bildirib.
Qeyd edək ki, J.Vidodo oktyabr ayında ikinci prezidentlik dövrünə and içəcək.

DİGƏR XƏBƏRLƏR

Top