Xaçmazda iki maşın toqquşdu - ölən və yaralananlar var


Səhiyyə Nazirliyi avqustun 15-də Xaçmazda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində əks istiqamətlə hərəkət edən iki minik avtomobilinin toqquşması nəticəsində Xaçmaz MRX-ya 6 nəfər çatdırılıb.
Yaralılar - Quba rayon Birinci Nügədi kənd sakini, 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərov Quba rayon Ağbil kənd sakinləri – 26 yaşlı Arif Əmrəli oğlu Eyyubov, 37 yaşlı Fərhad İmran oğlu Eyyubov, 27 yaşlı Orxan Məhəmməd oğlu Pirimov və 28 yaşlı Sadıq Sarvan oğlu İskəndərovdur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Xəstəxanada hazırda bir nəfər qalıb. 40 yaşlı Xəzər Ağamirzə oğlu Ələkbərova sağ diz oynağının əzilmiş və cırılmış yarası, hər iki dirsək sümüyünün sınığı, çənənin əzilmiş cırılmış yarası diaqnozu qoyulub.

Xəstəxanadan bildirilib ki, yaralılardan Quba rayon Birinci Nügədi kənd sakini, 57 yaşlı Elman Həsən oğlu Babayev aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

***15 avqust, saat 22:30

Bu gün axşam saatlarında Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.  

Hadisə Xaçmaz-Quba yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  "VAZ 2106" və "VAZ 2107" markalı maşınların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. 

Yaralılar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır. (APA)

DİGƏR XƏBƏRLƏR

Top