Tramp ABŞ-ın müsəlman konqres üzvlərini təhqir edib: "Rəzillər"


ABŞ prezidenti Donald Tramp Nümayəndələr palatasının iki üzvü- Somali əsilli İlhan Ömər və fələstin kökənli Rəşidə Tlaibin İsrailə buraxılmamasını dəstəklədiyini bildirib və onları “rəzil” adlandırıb.

Ağ Ev rəhbərinin bu cür sərt söyləmlərinə səbəb adları çəkilən qanunvericilərin İsraili ziyarət etməklə bağlı niyyətlərini açıqlaması olub.

“İsrail əgər bunların gəlməsinə icazə versə, əsl zəiflik nümayiş etdirmiş olacaq. Hər ikisi İsrailə və yəhudi xalqına nifrət edirlər, heç bir əməl onları öz mövqelərindən vaz keçirə bilməz. Minnesota və Miçiqan ştatları bunları bir daha yenidən seçməz. Rəzillər! ” -deyə Donald Tramp sevimli sosial şəbəkəsi sayılan tvitterdə yazıb.

Qeyd olunur ki, bu gün CNN teleşirkəti İsrail hökumətindəki mənbələrinə istinadən İlhan Ömər və Rəşidə Tlaibin bu ölkəyə gəlişinə qadağa qoyula biləcəyini xəbər edib. Kanalın müsahibinin söylədiyinə əsasən, rəsmi Tel-Əvivin onların ümumi qəbul olunan formatda rəsmi ziyarətini yasaqlamaq ehtimalı var.

Telekanal Nümayəndələr palatasının hər iki üzvünün İsrailin siyasətini sərt şəkildə tənqid etdiklərini və həmişə beynəlxalq birliyi yəhudi dövlətini boykota səslədiklərini iddia edib.//musavat

DİGƏR XƏBƏRLƏR

Top