Hakerlər Avropa Mərkəzi Bankının saytına kiberhücum edib


Naməlum şəxslər Avropa Mərkəzi Bankının veb saytına kiberhücum həyata keçirib.

Hücum nəticəsində elektron ünvanlar, adlar və istifadəçilərin vəzifələri haqqında məlumatlar oğurlanıb.

Bankdan bildirilib ki, ümumilikdə hücuma 481 abunəçi məruz qalıb. Hakerlər parolları oğurlaya bilməyiblər.

Naməlum şəxslərin daxil olması texniki işlər zamanı aşkar olunub.//Trend

DİGƏR XƏBƏRLƏR

Top