Sərnişin təyyarəsi quşlarla toqquşdu: 74 yaralı - VİDEO


Rusiyada sərnişin təyyarəsi quş sürüsü ilə toqquşub. Moskvanın Jukovski limanından qalxan hava gəmisi qısa müddət sonra təcili eniş edib. 

Bildirilib ki, quşlardan bir neçəsi nəqliyyat vasitəsinin motoruna girib. 
"Airbus A321" markalı təyyarədə 226 sərnişinin olduğu qeyd edilib. Təcili eniş edən təyyarədə yaralananların sayı 74 nəfərə çatıb. Hazırda xəstəxanada müalicə olunanların sayı 1 nəfərdir. 
Qeyd edək ki, təyyarədəki bütün sərnişinlərə 100 min rubl məbləğində kompensasiya ödəniləcək. 

qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top