Türkiyəli müğənni: "3 gün ard-arda yuxularımda prezidentimizi görürəm"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türkiyəli sənətçi Demet Akalına zəng edib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb sənətçinin yeni salınan yolla bağlı etdiyi paylaşım olub. D.Akalın paylaşımda bildirib: "2 saat yol getdik. Bahalı olduğunu deyirlər, amma İtaliyada avtomobil yollarında addım başına pul istəyirlər".
Bundan sonra isə R.T.Ərdoğan sənətçiyə zəng edərək ona təşəkkür edib.
Hər anını "İnstagram"da paylaşan D.Akalın bu xəbəri də paylaşıb.
"3 gün ard-arda yuxularımda prezidentimizi görürdüm. Zəng etdiyi zaman yüngül şok keçirtdim. Allah ona uzun ömür can sağlığı versin",- deyə sənətçi bildirib.

DİGƏR XƏBƏRLƏR

Top