Dünyada yayılan yeni təhlükə: "Deepfake" - VİDEO


Mütəxəssislər dünyada minlərlə insanın bu proqramın qurbanı ola biləcəyini söyləyib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, "Deepfake" adlı proqram yenidən gündəmə gəlib. Bəhs etdiyimiz proqram videoda insanların üzünü professional şəkildə  dəyişə bilən proqramdır. Müəllifi hər hansı bir filmin baş qəhrəmanını fərqli insana çevirərək hazırladığı videoları xüsusilə yutubda yayımlayır. Misal üçün Bill Hader adlı aktyorun yutubda yayıldığı videosunda parodiya etdiyi digər aktyorların üzünə bürünməsi görənləri heyrətləndirib. Bu tip videoların yayılmasından sonra hətta bəzi şirkətlər milyonlarla dollar xərcləyərək video görüntülərdə saxta üzlərin tanınması istiqamətində addımlar atıblar. "Deepfake" vasitəsilə hazırlanan videolar əyləncəli görünsə də mütəxəssislər bu proqramın xüsusilə qadınlar üçün çox təhlükəli olduğunu söyləyib. Çünki, sizin xəbəriniz olmadan arzuolunmaz hansısa filmin aktyoruna çevrilə bilərsiniz. Bu səbəbdən proqram bir müddət əvvəl qadağan edilsə də hazırda yenidən dünyada yayılmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top