AKP tarixini əks etdirən FOTO-da Gül və Davudoğluna yer vermədi


18 illiyini qeyd edən Türkiyənin hakim partiyası AKP-nin (Ədalət və İnkişaf Partiyası) bu münasibətlə sosial mediada paylaşdığı və 18 illik tarixi zəfərlərini əks etdirən fotoda bir məqam diqqətdən yayınmayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hakimiyyətə gəldikdən etibarən qazandığı bütün zəfərləri həmin fotoda əks etdirən AKP, eks-prezident Abdullah Gül və sabiq baş nazir Əhməd Davudoğluna yer verməyib. Bu hal AKP iqtidarı dövründə parlament tərəfindən Türkiyənin 11-ci prezidenti seçilən Abdullah Gül və partiyaya bir müdət rəhbərlik etmiş sabiq baş nazir Ahməd Davudoğlunun yeni partiya yaradacağı iddialarını daha da gücləndirib.
Digər tərəfdən partiyanın 18 illiyi münasibətilə təbrik mesajı yayımlayan Əhməd Davudoğlu da, prezident Rəcəb Tayyib Ərdoğana yer verməyərək sadəcə öz hakimiyyəti dövründən bəhs edib.
Köhnə baş nazirlərdən Əli Babacanla yeni siyasi partiya quracağı iddia olunan Abdullah Gül isə bu münasibətlə təbrik mesajı yayımlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top