Tramp Çin Prezidentini görüşə çağırdı


ABŞ prezidenti Donald Tramp, Çin prezidenti Şi Cinpingin razılığı olduğu təqdirdə Honq Konq məsələsini müzakirə edə biləcəyini bildirib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, D.Tramp "Twitter" hesabından Çinin dövlət başçısını görüşə dəvət edib.
"Çin sözsüz ki, razılaşmaq niyyətindədir, ancaq ilk növbədə Honq Konq ilə insani şəkildə maraqlansınlar. Çinin dövlət başçısı Şi, xalq tərəfindən hörmət edilən liderdir.  Əgər o, Honq Konq məsələsini həll etmək istəsə, sözsüz ki, bunu bacaracaq. Bu mövzuda görüş təyin edək mi?"- deyə, D.Tramp qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top