Ali məktəblərə qəbul ola bilməyənlər üçün DAHA BİR ŞANS

Bu gündən etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılır.

Yeniavaz.com Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.

Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub.

DİGƏR XƏBƏRLƏR

Top