Ağcaqanadlar bu qan qrupunu "sevir" - SƏBƏB


Qədimdən ağcaqanadların bəzi insanlara daha çox hücum edib, qanını sovurması barədə məlumatlar var. Bir qrup insana isə ümumiyyətlə, ağcaqanad yaxın gəlmir.
Yeniavaz.com medicina.az-a istinadən bildirir ki, el arasında "qanın acıdır, şirindir" məsəlinə bu dəfə alimlər cavab axtarıb. Sibir Dövlət Tibb Universitetinin alimləri belə nəticəyə gəliblər ki, I qrup daşıyıcılarını ağcaqanadlar II və III qrupa nisbətən 2 dəfə daha çox sancır. 
Ağcaqanadları cəlb edən digər səbəblər: bədənin hərarəti, qan dövranı, qoxusu, metabolizm dərəcəsi.

Ağcaqanad hamilə qadını, piyli insanı və idman, fiziki işlə məşğul olan insanlara az hücum edir.

Onun sevimli qurbanları körpələr, xüsusi bədən qoxusu olan insanlar və I qrup qan daşıyıcılarıdır.

DİGƏR XƏBƏRLƏR

Top