Amerikalı aktyor Rusiya vətəndaşlığı almaq istəyir


Məşhur Hollivud aktyoru Erik Roberts Rusiyanın Soçi şəhərində sambo döyüşü üzrə beynəlxalq turnirdə iştirak edib və burada ikinci – Rusiya vətəndaşlığı əldə etmək istədiyini deyib.

Bu barədə amerikalı aktyor “RİA Novosti”yə bildirib.

Roberts Soçidə “Platforma S-70” peşəkar sambo döyüşü üzrə beynəlxalq turnirin 10-cu ildönümünün fəxri qonağı olub. O özü də taekvondo üzrə qara kəmər sahibidir və döyüş sənətinə sevgisi barədə tez-tez söhbət açır.

“Mən döyüş sənətini, döyüşçüləri çox sevirəm və buna görə də Rusiyaya gəldim ki, gözəl qarşılaşmalardan ibarət gecə görüm… Mən ikinci vətəndaşlığımı almaq istəyirəm və bu, Rusiya vətəndaşlığı olacaq! Rusiya vətəndaşlığı alacağım günü səbirsizliklə gözləyirəm”, - deyə Erik Roberts bildirib.//APA

DİGƏR XƏBƏRLƏR

Top